Məzmuna keç

Məhkəmə Messiyə üzr istəməyi tövsiyə etdi

Argentina milli komandasının futbolçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) üzr istəməlidir

Argentina milli komandasının futbolçusu Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) üzr istəməlidir.

E-huquq.az xəbər verir ki, bu barədə Argentinanın ali idman məhkəmisinin üzvü Qustavo Abreu bildirib. Onun sözlərinə görə, əks halda, 32 yaşlı hücumçu 2 il müddətinə yığmada oynamaq hüququndan məhrum edilə bilər.

Qeyd edək ki, Messi Amerika Kubokunda həm kapitanı olduğu Argentinanın yarımfinalda Braziliyayauduzduğu (0:2), həm də 3-cü yer uğrunda oyunda Çilini məğlub etdikləri (2:1) qarşılaşmada qırmızı vərəqə alandan sonra təşkilatçıları korrupsiyada, hakimləri isə qərəzli idarəçilikdə ittiham edib.

Mənbə: Report