Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxan məhkəmənin hakimi David Qriqoryanın kabinetində axtarış aparılıb və qapısı möhürlənib.
E-huquq.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan məlumatı təsdiqləyib.
O, məsələ ilə bağlı əlavə məlumat vermədən deyib: “Axtarış bizim nəzarətimizdə olan iş çərçivəsində aparılıb”.
Qeyd edək ki, mayın 20-də Yerevan məhkəməsinin hakimi David Qriqoryan Koçaryanın zaminə buraxılması barədə qərar qəbul etmişdi. İyunun 25-də isə Apelyasiya Məhkəməsi Qriqoryanın qərarını ləğv edərək keçmiş prezidenti yenidən həbs edib.
Mənbə: Report
