Məzmuna keç

Azərbaycanda bu il cəzanın icrasından boyun qaçıran məhkumların sayı məlum olub

Müşavirədə Probasiya Xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov hesabat məruzəsi ilə çıxış edib

Azərbaycanda bu il cəzanın icrasından boyun qaçıran məhkumların sayı açıqlanıb.

E-huquq.az xəbər verir ki, Probasiya Xidmətinin rəisi – baş probasiya məmuru Akşin Ziyadov bu barədə hesabat məruzəsi ilə çıxış edib.

Onun sözlərinə görə, yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumlardan 4.700-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 384 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 48 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.