Adnan Oktar Cinayət Təşkilatı haqqında hazırlanan ittihamnaməyə görə, "Hüquq Qrupu" təşkilat haqqında istintaq və məhkəmə aparılmasına mane olmaq üçün hərəkətə keçib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmələrdə aktiv iş aparan Hüquq qrupu vəkillər vasitəsilə çox sayda hakim və prokurorla ikitərəfli danışıqlarında əldə etdikləri məlumatları qeydlər halına gətirib.
Hüquq qrupuna A.Oktarın yaşadığı malikanədə təşkilat tərəfidnən "132 nömrəli otaq" adlanan xüsusi bir otaq ayrılıb. 8 nəfərdən ibarət qrupda rəhbərlərinin nəzarət ilə təlim keçmiş vəkillər yer alır. Təşkilata cəlb edilə biləcək vəkillər də bu qrup tərəfindən müzakirə edilir.

İSTİNTAQ HİYLƏLƏRİ
Hüquq qrupunun ən önəmli işlərindən biri baş verə biləcək əməliyyatlar nəticəsində təşkilat üzvlərinin istintaqa hazır olması üçün sorğu anketlərinin nümunələrinin hazırlanmasıdır.
Qrupun lideri Mehmet Noyan Orcanın kopmuterindən ələ keçirilən sənədlərdə dindirilmə zamanı verilə biləcək suallar və verilməli olan cavablar bir-bir sadalanıb.

ŞABLON CAVABLAR
Nümunə üçün verilən bəzi suallar: "Adnan Oktar və yanındakılar sizə təzyiq, şantaj tətbiq edirdimi?" sualına "Yox" cavabı verilməlidir. "Dolanışığınızı necə təmin edirsiniz?" sualına isə "Anam pul verir" şəklində cavab verilməsi tələb olunur.
Orcanın komputerindən tapılan sənədlərdə bu tip çoxsaylı sual yer alıb.
Prokurorluğun apardığı araşdırmalarda nəzarətə alınan şübhəlilərin bənzər suallara oxşar cavablar verərək planlaşdırılmış bir davranış sərgiləndikləri müəyyən edilib. Orcanın sorğularda soruşulan sualları ehtimal edərək əvvəlcədən cavabları hazırladığı bildirilib.

HAKİM VƏ PROKURORLARIN MƏLUMATLARI ƏLƏ KEÇİRİLDİ?
Şübhəlilərdən Gülcan K. özünün məhkəmələrlə bağlı iclas keçirənlərdən biri olduğunu etiraf edib. Təşkilat üzvü vəkil Ayfer Bayerin hakim və prokurorlarıın şəxsi məlumatlarını ələ keçirdiyini deyən Gülcan K. bunun necə baş verdiyini bu cür izah edib: "Ayfer prokuror və hakimlərlə bağlı hesabat hazırlayırdı. Hesabatda məhkəmə sədri bütün sənədləri tək-tək oxuyaraq məhkəmə iclasına çıxır. Sədr əsasən sənədlərə bələd deyil. Vəkillərə söz haqqı verir, ya da vermir. Çox tez qərar verir. Məhkəmə prosesini uzadır".
SOSİAL ŞƏBƏKƏ HESABLARI VARMI?
Hakim sağçı yoxsa solçudur? Siyasi fikri nədir? Haradan və niyə təyin olunub? Baxığı əhəmiyyətli iş varmı? Hakim və prokurorla əlaqə yarada bilən ortaq birgə tanış varmı? Sosial media hesabı varmı? Varsa, Ayfer hərəkətə keçərək "dostluq təklifi" istəyi göndərərdi. Qəbul edilərsə, bağlı paylaşımlar görülür, şəxsi və ətrafı haqqında məlumatlar əldə edilərdi”.
