Məzmuna keç

FETÖ-nün “Bylock” sistemindən istifadə edən 68 nəfər saxlanılıb

FETÖ-nün “Bylock” sistemindən istifadə edən 68 nəfər saxlanılıb

İstanbulda FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə edən 68 şübhəli şəxs saxlanılıb.

E-huquq.az xəbər verir ki, şübhəlilərin yaxalanması üçün şəhərin bir neçə rayonunda eyni vaxtda əməliyyat keçirilib.

Digər şübhəli şəxslərin də ələ keçirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.