Daxili İşlər naziri Vilayət Eyvazov Nəsimi rayonuna yeni polis rəisi təyin edib.
E-huquq.az xəbər verir ki, V.Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Mirnemət Mirbabayev Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev buna qədər Göygöl Rayon Polis Şöbəsinin rəisi olub.
Mənbə: Unikal.org
