Məzmuna keç

Ali Məhkəmə sürücü ilə bağlı bəraət qərarını qüvvədə saxladı

Ali Məhkəmənin Cinayət Kollegiyasında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Orxan İsmayılovun barəsindəki qərardan verilən kassasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, hakim Ələsgər Novruzun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

O.İsmayılovun əməlində cinayət tərkibi olmadığına görə məhkəmə onun barəsində çıxarılan bəraət hökmünü qüvvədə saxlayıb.