Türkiyənin Nevşehir vilayətində azərbaycanlı turistlərin olduğu avtobus aşıb.
E-huquq.az xəbər verir ki, hadisə nəticəsində 14 nəfər xəsarət alıb.
Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin normal olduğu deyilir.
Hadisə Kappadokiya rayonunda qeydə alınıb. Qəzaya uğrayan avtobusda 18 azərbaycanlı turist olub.
