Fransanın En departamentində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Lent qəsəbəsi yaxınlığında baş verib.
Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Nəqliyyat naziri Filip Tabaro qəzanın baş verdiyi əraziyə yola düşdüyünü bildirib. Təhsil naziri Eduar Gefre isə avtobusda şagirdlərin olduğunu təsdiqləyərək hadisədən təəssüfləndiyini ifadə edib.
Yerli mətbuatın məlumatına görə, Lent bələdiyyəsinin meri İv Kristin avtobusun yoldan çıxaraq ağaca çırpıldığını söyləyib.
Şəbnəm Mehdizadə
