Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
E-huquq.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
