Məzmuna keç

Bakıda ağır yol qəzası oldu, xəsarət alanlar var –

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az-ın məlumatına görə, Bakının Mixail Lermontov küçəsində iki BMW markalı "90 NV119" və "10PA737" qeydiyyat nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində avtomobildəki şəxslər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım maşını cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.