Məzmuna keç

Anar Bağırov: “Azərbaycanda qadın məhkəmə sədri yoxdur”

"Azərbaycanda bir nəfər də qadın məhkəmə sədri yoxdur".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda qadın vəkillərin sayı 22 faizi keçmir: "Bizdə vəziyyət niyə belədir? Halbuki bütün qonşu ölkələrdə qadın vəkillərin sayı 50 faizdən çoxdur. Qadınlar irəli çəkilməlidir".

A.Bağırov ailələrdə məişət zorakılığı hallarının hələ də qaldığını bildirib.