Sayğacların sıfırlanması ilə əlaqədar 144 min müraciət daxil olub.
E-huquq.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək deyib.
Onun sözlərinə görə, bu, xidmətin yüklənməsinə səbəb olub: "Göndərilən şəkillərin sadəcə 30 faizi yararlıdır. Yəni, bunlarda tarix və saat göstərilib. Onun da 85-90 faizi işlənilib. Şəkilin göndərilib göndərilməməsindən asılı olmayaraq sayğaclar sıfırlanacaq".
