Məzmuna keç

Səfər Mehdiyev Abşeronda vətəndaşları qəbul edəcək

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev martın 30-da, saat 10:00-da Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində (Qalubiyyə küçəsində) Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.

E-huquq.az bu barədə Komitəyə istinadən xəbər verir.

Qəbulda iştirak etmək istəyənlər qurumun "195" Çağrı Mərkəzinə zəng edə və yaxud internet səhifəsinin "Müraciətlər" və "Virtual qəbul" bölmələrinə daxil olaraq (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.

Pandemiya tələblərinə uyğun olaraq keçiriləcək qəbulda peyvənd və yaxud immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.