Məzmuna keç

“Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək” –

"Avropa İttifaqı (Aİ) Azərbaycanın ərazilərin minalardan təmizlənməsi səylərini dəstəkləyir".

E-huquq.az-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Humanitar Mina Fəaliyyəti və Davamlı İnkişaf Məqsədləri üzrə beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

P.Mixalko bildirib ki, bu məqsədlə Aİ tərəfindən ANAMA-ya 2.5 milyon avro ayrılıb.

Onun sözlərinə görə, dünyada mina qurbanlarının 80%-i dinc insanlar, uşaqlardır. “Biz başa düşməliyik ki, mina təmizləmə ilə yanaşı, yeni minaların basdırılmasının qarşısını almalıyıq. Aİ Azərbaycan və Cənubi Qafqaza dəstəyini əsirgəməyəcək. Aİ Azərbaycana minatəmizləmə prosesində ekspert dəstəyi verəcək”, – deyə P.Mixalko əlavə edib.