Məzmuna keç

“Caspian Energy Club” seçkilərin nəticəsini elan edib

Martın 30-da "Caspian Energy Club" üzvlərinin ümumi iclası keçirilib.

E-huquq.az xəbər verir ki, toplantı çərçivəsində 2022-ci il martın 16-dan 18-dək keçirilmiş seçkilərin nəticəsi elan olunub. Seçkilərin nəticəsinə görə, "Caspian Energy Club"un idarə heyətinin sədri, idarə heyətinin üzvləri, komitə və işçi qrupların sədr və üzvləri müəyyənləşib.

Bu barədə "Caspian Energy Club" qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

İdarə heyətinin yeni tərkibinə daxil olanların siyahısı:

İdarə heyətinin sədri: Telman Əliyev ( "Caspian Energy Club") – 321 səs

İdarə heyətinin üzvləri:

Zərifə Həmzəyeva (Gazelli Group ) – 203 səs
Rəşad Abasov (Ase Logistics Group) – 201səs
Fərid Məmmədov (Caspian Event Organisers) – 193 səs
Ruslan Əliyev (Azeriqaz İB) – 185 səs
İlkin Şabanov (Delta Qrup C.O. MMC) -184 səs
Savaş Uzan (Azərsun Holding) – 179 səs
Aydın Rəhmanov (Qala Həyat /Qala Siğorta ASC) – 177 səs
Fuad Allahverdiyev (AzerTelecom) – 175 səs
Əsəd Nəsrullayev (Debet Safety) – 165 səs
Zaur Darabzadə (Cinema Plus) – 155 səs
Nəriman Məmmədov ( Nariman Film MMC) – 148 səs
Sahə və sahələrarası komitələrə rəhbərlik edəcəklər: səs

“Olduqca maraqlı və pozitiv seçkilər idi. Hər bir namizəd qələbəyə layiq idi. Bu prosesdə klub üzvlüyünə maraq ilbəil artır. Builki seçkilərdə müxtəlif yerlər üzrə 40-dan artıq namizəd və 500-ə yaxın seçici var idi. "Caspian Energy Club"un əvvəlki heyətinə, Savaş Uzan, Avni Dəmirçi, Fərid Məmmədov, Rəşad Abbasov, Zərifə Həmzəyeva və Nəriman Məmmədova xüsusi təşəkkürümü bildirmək istəyirəm. Onlar pandemiya dövründə bu ağır yükü öz üzərinə götürərərk, iki il ərzində biznes-hökumət dialoqunda fəal iştirak etmiş və biznes netvorkinq üçün beynəlxalq platformanı idarə etmişlər. Bu çətin mərhələdə idarə heyətinin üzvləri əvəzsiz dəstək göstərmiş, böyük dəyişikliklərə həvələndirmiş, həmçinin "Caspian Energy Club"a yeni iştirakçıların cəlb olunmasına kömək etmişlər. Klubun idarə heyətinin və komitə rəhbərliyinin müntəzəm fəaliyyəti sayəsində biz netvorkinq üçün CEO Breakfast, CEO Tea, CEO Cocktail kimi yeni unikal formatlar yaratdıq. Onların hər biri Caspian Energy Club-un vizit kartına çevriliblər. Mən həmçinin icra komitəsinə və "Caspian Energy Club" komandasına minnərdarlığımı bildirmək istəyirəm. Onlar 2020-ci il martın 30-dan bu günədək onlayn və offlayn formatda 280-ə yaxın tədbirin təşkilində böyük səylə iştirak ediblər”, – deyə Telman Əliyev söyləyib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian Energy Club" 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan "Caspian Energy Club"un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan "Caspian Energy Club" mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. "Caspian Energy Club"un mənzil-qərargahı Bakıda yerləşir. "Caspian Energy Club"un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.