Məzmuna keç

Mehriban Əliyeva Ramazan ayı münasibətilə xalqı və dünya müsəlmanlarını təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instaqram” hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.

E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:

“İnsanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağıran mübarək Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm!

Allah dualarınızı, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, Vətənimizə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin!”