Azərbaycan və Çin arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
E-huquq.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.
“Bu gün Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Çini hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Çin arasında əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”, – nazirlikdən bildirilib.
