Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 1 saylı Vəkil Bürosunun vəkili Nagdəliyev Vəli Əliyar oglu dünyasını dəyişib.
E-huquq.az xəbər verir ki, bu barədə 1 saylı Vəkil Bürosu məlumat yayıb.
Məlumatda deyilir:
"Dəyərli kolleqamız, mehriban insan, həyatının 25 ilini şərəfli peşələrdən olan vəkilliyə həsr etmiş, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun qocaman vəkili Nagdəliyev Vəli Əliyar oglu Azərbaycan Vəkilliyinin 100 illiyinin qeyd olundugu gündə uzun surən xəstəlikdən sonra 65 yaşında dünyasını dəyişmişdir. Allahdan mərhuma rəhmət, Kollektivimiz adından qohumlarına səbr diləyərək, baş sağlığı veririk".
