Məzmuna keç

Nazir müavini: “Sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb”

"Təəssüf ki, Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə yataqlarımızın monitorinqinə şərait yaradılmayıb".

E-huquq.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O bildirib ki, buna görə indi orda aktivistlər aksiya keçirir və etirazlarını bildirirlər.

“Əsas tələb yataqlarımızın istismarının dayandırılması, dəymiş zərərin qiymətləndirilməsinə şərait yaradılmasıdır”, – nazir müavini əlavə edib.