Məzmuna keç

Ağdamda “Açıq mikrofon” aksiyası keçirildi –

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin bölgələrdə keçirdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Ağdamda baş tutub.

E-huquq.az xəbər verir ki, “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb.

Nizami Məmmədov bəzi hallarda qazın təzyiqinin aşağı olmasından şikayətlənib. Elyar Süleymanov , Umud Mustafayev və Ədalət Hüseynov fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsini xahiş ediblər.

Vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.

"Açıq mikrofon" aksiyasında SOCAR "Azəriqaz" İB-nin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.