Bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb.
E-huquq.az xəbər verir ki, bu haqda Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı regionda baş verən son hadisələr müzakirə olunub.
Xarici işlər naziri Laçın dəhlizinə BMT-nin faktaraşdırıcı missiyasının göndərilməsini xaiş edib.
