Bu gün xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı nəticəsində xəsarət almış diplomatik korpusun əməkdaşları Vasif Tağıyev və Mahir İmanovu ziyarət edib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.
Bildirilib ki, nazir hazırda vəziyyətləri qənaətbəxş hesab olunan əməkdaşlara şəfa diləyib.
