BMT təşkilatın büdcəsinə tam ödəniş etdiyinə görə Azərbaycana təşəkkür edib.
E-huquq.az xəbər verir ki, bunu beynəlxalq təşkilatın sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.
"Kanberradakı və Bakıdakı dostlarımıza büdcəyə ödənişləri tamamladıqlarına görə təşəkkür edirik. Beləliklə də onlar fəxri rütbəyə ödəniş edən 27-ci və 28-ci üzv dövlətlər olublar. Onların ikisi də paytaxtlardır. Kanberra Avstraliyanın, Bakı isə Azərbaycanın paytaxtıdır", – BMT sözçüsü vurğulayıb.
