Məzmuna keç

Bayden Ərdoğana zəng etdi

ABŞ Prezidenti Cozef Bayden Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, zəlzələ zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib, yaralılara şəfa diləyib.

Bu barədə e-huquq.az “Anadolu”ya istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.