Məzmuna keç

Azərbaycanlı həkimlər Adanada zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcək

Azərbaycandan Türkiyəyə gedən hərbi həkim briqadaları Adana şəhərində zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcəklər.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

"34 nəfərlik həkim heyətini, səhra xəstəxanası ləvazimatlarını və digər tibbi ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər saatlarında qardaş Azərbaycandan Adanaya yola düşüb", – diplomatik nümayəndəlikdən qeyd olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.