Məzmuna keç

Mərkəzi Bank bu şirkəti cərimələdi

"Arsenal-M" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü ( Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Biləsuvar Rayon Məhkəməsində hakim Nüsrət Mirzəyevin sədrliyi ilə baxılacaq

Protokol təsdiq olunarsa, şirkət inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə