Məzmuna keç

“Retro Holding” barədə inzibati protokol tərtib olundu

“Retro Holding" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin Məcəlləsnin 518.3-cü (İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Şirvan Rayon Məhkəməsində hakim Ceyhun Mustafayevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, MMC iki min manatdan üç min manatadək məbləğdə cərimə edilə bilər.

Eltac Nurullazadə