Məzmuna keç

Gömrük Komitəsi məşhur apteklər şəbəkəsinə cərimə yazdı

Dövlət Gömrük Komitəsi "Avromed Company" QSC-nə cərimə yazıb.

E-huquq.az-ın məlumatına görə, QSC barədə İnzibati Xətalar Məcəlləsnin 485.2 ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyev sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa,"Avromed Company" min beş yüz manat məbləğində cərimə ediə bilər.

Eltac Nurullazadə