Dövlət Gömrük Komitəsi "Akabe" MMC-yə cərimə yazıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsnin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırov sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Akabe" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, "Akabe” MMC 2000-ci ildən fəaliyyət göstərir. Mebel, kafel, süni qranit, hamam otaqları üçün avadanlıqlar və aksessuarların istehsalı və satışı ilə məşğul olan “Akabe” MMC geniş satış şəbəkəsinə malikdir.
Eltac Nurullazadə
