"Badamlı Mineral Sular" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumataına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Naxçıvan MR Şahbuz Rayon Məhkəməsində hakim Daşqın Səfərovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası fevralın 23-nə təyin olunub.
Protokol təsdiq olunarsa, "Badamlı Mineral Sular" inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə ediləcək.
Eltac Nurullazadə
