Məzmuna keç

Şöbə rəisi: “Hava şəraiti ilə əlaqədar təbii qaza olan tələbat artıb”

"Havaların kəskin soyuması ilə əlaqədar olaraq təbii qaza olan tələbat artıb"

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin rəisi Rasim Məmmədov "Açıq qapı" aksiyasında deyib.

O bildirib ki, tələbata uyğun olaraq abonentlərin təbii qazla təmin olunması icra olunur və bu sahədə hər hansı problem yoxdur.

Şöbə rəisinin sözlərinə görə, bu ilin 9 fevral tarixində 42 milyon 271 min kubmetr qaz qəbul edilib: "Bunun 24 milyon 555 min kubmetri Bakı və Abşeron yarımadasının, 18 milyon 176 min kubmetri isə regionların payına düşür".

Eltac Nurullazadə