“Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün 100 milyard lirə (5 milyard dollar) ayırdıq. Ev sahibi olanlara 5 min lirə, kirayədə qalanlara isə 2 min lirə kirayə yardımı edəcəyik. Dağıntıların təmizlənməsi işlərindən sonra tikinti işlərinə başlayacağıq”.
E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malatyadakı çıxışı zamanı deyib.
Türkiyə Prezidenti ehtiyat ərazilərdə də tikintiyə başlayacaqlarını bildirib:
“Allahın izni ilə bu işi 1 ilə bitirəcəyik. Heç birimizi çarəsiz və ya baxımsız qoymayacağıq. Mən istəyirəm ki, zəlzələ bölgəsində olan vətəndaşlarımız öz dövlətlərinə etibar etsinlər. Bəzi şəbəkələrə qulaq asmayın. Bu gün birlik və həmrəylik günüdür”.
