"Səba" ASC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Səba" beş min manatdan on min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclası mayın 31-ə təyin olunub.
Şəbnəm Mehdizadə
