Məzmuna keç

Bakıda qadını avtomobillə vurub öldürən sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bünyabün Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nigar İmanovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası mayın 26-na təyin olunub.

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 29-u paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü Əliyev Bünyabün Əbil oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən "RR Petrol" yanacaq doldurma məntəqəsinin qarşısında yolu sağdan sola keçən piyada, 1980-ci il təvəllüdlü Mirzəyeva Afaq Habil qızını vurub. Nəticədə qadın xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə