Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlkin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib.

İş hakim Nurəddin Bağırovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Şəhriyar kəndinin ərazisində qeydə alınıb. Belə ki, rayonun Şəhriyar kənd sakini, 1970-ci il təvəllüdlü Qasımov Yaşar Şirin oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub. Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən sürücü İlkin Hüseynova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə