Məzmuna keç

Ali Məhkəmə: “Hakimlərin həddən artıq işlə yüklənməsi ədalət mühakiməsinin keyfiyyətinə təsir edir”

Ali Məhkəmənin İnzibati Kollegiyasına 2023-cü ilin I rübündə daxil olan iş sayı ötən il ilə müqayisədə kəskin artıb.

E-huquq.az xəbər verir ki, bu barədə məhkəmənin hesabatında bildirilib.

Belə ki, ötən ilin I rübündə 473 kassasiya şikayəti daxil olduğu halda, bu rəqəm hazırkı ilin I rübündə 757 olmaqla, 60%-dən çox artıb.

"Məhkəmələrdə iş yükünün artması məhkəmə fəaliyyətinin optimallaşdırılmasına ciddi maneə təşkil edir, hakimlərin həddən artıq işlə yüklənməsinə səbəb olmaqla son nəticədə ümumən ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin keyfiyyətinə təsir edir. Belə ki, hər bir işin öyrənilməsinə sərf olunan vaxtın azalması ilə keyfiyyətli məhkəmə araşdırmasının riskə atılması təhlükəsi yaranır. İş yükü həm də ümumən məhkəmə xərclərinin artmasına və əlavə dövlət vəsaitinin xərclənməsinə gətirib çıxarır", – hesabatda qeyd olunub.