Bakıda qonşusunu bıçaqlamaqda təqsirləndirilən Eldar Xurşudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırılıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1986-cı il təvəllüdlü Eldar Xurşudov sərxoş vəziyyətdə aralarında yaranan münaqişə zəminində qonşusu, 1980-ci il təvəllüdlü Vəfadar Əzizovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib, Eldar Xurşudov isə şübhəli şəxs qismində tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
