Məzmuna keç

Narkotik satmaqda təqsirləndirilən qadın hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirlən Zemfira Xəlilovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Zemfira Xəlilova saxlanılıb. Şəxsi axtarış zamanı onun əl çantasından külli miqdarda heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı Zemfira Xəlilovanın narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici ölkə vətəndaşından onlayn yolla 500 manata aldığı məlum olub.Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb və Z.Xəlilova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Şəbnəm Mehdizadə