Xırdalan Metal Konstruksiya şirkəti Zəyəm Texnologiyalar Parkını və "AZ Global Engineering" şirkətini məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək podrat müqaviləsi üzrə tələb irəli sürüb.
İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
