Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
E-huquq.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident “şəxsi hüquqların pozulması” iddiası ilə məhkəməyə müraciət edib və Kılıçdaroğludan 250 min lirə təzminat tələb edib.
Ərdoğanın vəkili Hüseyn Aydının Ankara 7-ci Asliyə Hüquq Məhkəməsinə verdiyi ərizədə Kılıçdaroğlunun noyabrın 26-da qrup iclasında Ərdoğanla bağlı işlətdiyi “vətən xaini”, “peşkeş etmək” ifadələrinin hüquqi baxımdan cinayət xarakterli olduğu vurğulanıb.
