Məzmuna keç

İmişlidə ağır yol qəzası törədən sürücünün məhkəməsi başlayır

İmişlidə ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməktə təqsirləndirilən Hafis Teymurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.

Hakim Ülvi Qənbərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, ötən ilin avqust ayında baş verib. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Məsdəliyev Şamil Qalamirzə oğlu və Şahbazov Muxtar İbadulla oğlu xəsarət alıblar.Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı Ş.Məsdəliyevə sağ bud sümüyünün sınığı, M.Şahbazova isə sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub. Qəzanı törətməkdə şübhəli bilinən sürücü H.Teymurova qarşı Cinayət Məcəlləsinin 263-1.2-xi maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə