İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Hüquq" Mənzil-Tikinti Kooperativini (MTK) məhkəməyə verib.
E-huquq.az-ın məlumatına görə, Dövlət Xidməti MTK-ya qarşı icarə müqaviləsi üzrə tələb irəli sürüb.
İddia Bakı Kommersiya məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
