"OBA Market" MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, marketlər şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Abşeron Rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "OBA Market" dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə
