Məzmuna keç

Transformator məntəqəsindən oğurluq etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Bakıda oğurluq etməkdə təqsirləndirilən Naib Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Hakim Fuad Axundovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlIq iclasInın vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, N.Musayev Xətai rayonunun Babək prospektində yerləşən transformator məntəqəsindən 2060 manat dəyərində 2 ədəd ayırıcı və açarlar oğurlamaq təsdirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə