Məzmuna keç

Bakıda klinika sertifikasiyadan keçməyən işçi işlətməkdə günahlandırılır

Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə "Prof Clinic" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Prof Clinic" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə