Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Samir Pənahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 13-də keçiriləcək.
Qeyd edək ki, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. S.Pənahovun idarə etdiyi “Hundai Solaris” markalı minik avtomobili yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Onlardan biri – 17 yaşlı Məhərrəm Məmədov xəstəxanada dünyasını dəyişib. S.Pənahova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
