Naxçıvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan Yusif Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılmas üçün Naxçıvan MR Kəngərli Rayon Məhkəməsinə göndərilib.
İş hakim Zülfüqar Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası iyunun 19-na təyin olunub.
Qeyd edək ki, Kəngərli rayon Qarabağlar kəndində baş verib. Y.Rzayev idarə etdiyi avtomobillə kənd sakini 1957-ci il təvəllüdlü Qoçəliyeva Sahibə Hidayət qızını yolu keçərkən vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan S.Qoçəliyeva ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
