Goranboyda mağazadan oğurluq etməkdə təqsirləndirilən İbrahim Süleymanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.
Hakim Tural Ələkbərovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, İbrahim Süleymanov rayon ərazisində mağazalardan birindən 210 manat nağd pul və 2000 manat məbləğində tütün, alkoqol və digər məmulatlar oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
