Azərbaycan Beynəlxalq Bankına cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, bank barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, Azərbaycan Beynəlxalq Bankı üç yüz manat məbləğində cərimə ediəcək.
Şəbnəm Mehdizadə
